İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşından düşüb yolda dayanan şəxslər faciəvi şəkildə öldülər

1389 27.04.2022 11:56 Hadisə A A

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə iki piyadanı vurub. Nəticədə piyadalar - 1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov - aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmışlar. Belə ki, S.Cəfərov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan “Chevrolet” onların ikisini də vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR