İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda yanğın davam edir

632 28.08.2022 19:50 Hadisə A A

Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın davam edir.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, Qəriblər meşəbəyliyinin ərazisindən başlayan yanğın 5 ha ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirilir.

xxx

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən dünən axşam saatlarında söndürülüb.

Bu barədə Musavat.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Yanğın nəticəsində təxminən 5,5 hektar sahədə kol-kos və ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup yerli sakin iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR