İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallıda DƏHŞƏT - yaşayış evində 50 yaşlı kişi...

870 17.03.2024 13:02 Hadisə A A

Masallıda yaşayış evində yanğın olub, xəsarət alan var.

"Report"un məlumatına görə, yanğın hadisəsi Masallı şəhərində ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb.

Belə ki, yanğın zamanı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 24 m² sahədə qarsalanıb.

Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü Müşfiq Səfərov yanıq xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR