İnsanlara hürriyət, millətlərə istiqlal!

Masada Makron varsa... sülh olmayacaq! - Bakı isə daha güzəştə getməyəcək

756 04.07.2023 09:34 Siyasət A A

 

Azərbaycan-Ermənistan danışıqlarında qismən ən işlək platforma hələ ki Brüssellə Vaşinqtonun müştərək moderatorluğu ilə aparılan prosesdir. Bir sıra hallarda Ermənistanın və Qarabağdakı separatçıların Vaşinqtonun və Brüsselin səylərinə zərbə vurmaq üçün təxribatlara əl atması da diqqətdən yayınmır.

Təsadüfi deyil ki, erməni separatçıların son təxribatları elə Vaşinqton görüşü ərəfəsində oldu və ardınca Qarabağdakı terrorçu rejim Ermənistan XİN rəhbərinə xitab edərək “dərhal” Vaşinqton görüşünün dayandırılmasını istədi. Erməni revanşçıları dəstəkləyən çevrələr də Azərbaycanın maraqlarına xidmət edən prosesə zərbə vurmaq üçün məqam gözləyirlər. Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfər etməsi də heç şübhəsiz Ermənistanın narahatlığından qaynaqlanır. İyulun 4-də Vaşinqtona səfər edəcək Qriqoryanın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub. Görüşlərdə Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı deyilir və detallar açıqlanmır. İstisna deyil ki, Azərbaycanla münasibətlər müzakirələrdə xüsusi yer tutacaq. Bundan əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da Sallivanla görüşmüşdü. Vaşinqtonun moderatorluğu ilə davam edən sülh prosesinə zərbə vurmağa çalışan isə Rusiya və bir də nə qədər qəribə görünsə də, Fransadır.

Xəbər verildiyi kimi, bu arada Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyana qəzəbli olduğu üzə çıxıb. İddialara görə, səbəb Paşinyanın guya Qarabağla bağlı məsələdə Makronun mövqeyini maksimalist dəstəkləməməsidir. Bu haqda “Hraparak” erməni nəşri yazıb. Nəşr qeyd edib ki, iyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən sonra Makron “Daşnaksütyun” partiyasının üzvü, Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) həmsədri Murad Papazyana zəng edib və bildirib ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil: “Çünki yalnız o, Qarabağla bağlı mövqe sərgiləyir, digərləri (Şolts, Mişel, Əliyev və Nikol) isə "artsax"ın “ölkə” olmasını inkar edir, bu ərazinin Azərbaycana məxsus olduğunu qəbul edirlər". Papazyan məsələ ilə bağlı nəşrin sorğusunu cavablandırmaqdan imtina edib. “Makronun Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra Murad Papazyanla telefon əlaqəsi yaratdığına dair məlumatlar doğrudur. Fransa prezidenti Kişinyovda erməni maraqlarını müdafiə edən yeganə şəxs olub, Şarl Mişel Azərbaycanın mövqeyini müdafiə edib, Paşinyan isə zəif performans göstərib. Makron təyyarəyə minəndən dərhal sonra Murad Papazyana zəng edib və narazılığını bildirib. Çünki Makron erməni maraqlarını müdafiə edən yeganə şəxs kimi pis vəziyyətə düşüb” - Fransada nəşr olunan Armactu saytı yazıb. Ermənistan və erməni diasporunun mediası bu kimi məlumatları Paşinyanı erməni maraqlarını müdafiə etməməkdə ittiham etmək üçün tirajlayır, lakin belə məlumatlar Makronun erməni maraqları naminə “Roma Papasından çox katolik olduğunu” da təsdiq edir. Makronun Fransadakı daşnak Papazyana zəng etməsi göstərir ki, Fransa prezidenti erməni diasporunun qarşısında cavabdeh şəxs rolundadır və onun Azərbaycana qarşı bütün hücumlarının sifarişçiləri də daşnaklardır. Belə çıxır, oktyabrda İspaniyada nəzərdə tutulan növbəti “5-li format”da (Əliyev, Paşinyan, Mişel, Makron və Şolst) görüşdə Makron masada olmaya bilər... Maraqlıdır, “5-li format” “4-lü format”a çevrilə, sülh prosesi sürətlənə bilərmi? Makronun “beştərəfli” formatdan çəkilməsi əlbəttə ki, ümumi işin xeyrinə, sülh prosesinin faydasına olar. Çünki Bakı və İrəvan arasında anlaşmaya ən böyük əngəl Rusiya və Fransadır. Bunu Makronun Fransada (Marseldə) erməni icması ilə görüşdə Azərbaycan Prezidenti ilə bağlı son sərsəm açıqlaması da təsdiqləyir. Bu yerdə qeyd edək ki, rəsmi Bakı onun cavabını artıqlaması ilə verib. Həmçinin səfir XİN-ə çağırılıb, izahat tələb edilib. “Mən İlham Əliyevə Paşinyanın özündən də çox təzyiq edirəm və etməyə davam edəcəyəm”, - deyə o sarsaqlayıb. Ancaq kimsə də soruşmayıb ki, “təzyiq” edib də, nəyə nail olub, görəsən? Bununla, sadəcə, öz dövlətinin sülh prosesində hər hansı səviyyədə iştirakına haqqı çatmadığını isbatlamış olub. Belə ağılsız siyasətin altını isə ən çox erməni lobbisinin əlində alətə çevrilən Fransa dövləti və onun maraqları çəkəcək. Bakı isə yəqin ki, Makronla bağlı bir daha güzəştə getməyəcək. Bəs Fransanın indiki prezidenti niyə sələfləri qədər müdrik ola, tərəflər arasında kövrək balansı saxlaya bilmədi?

Ceyhun Məmmədov: “Ermənistan sülh barəsində yox, daha çox müharibə  barəsində düşünür” | 1news.az | Xəbərlər

Deputat: “Növbəti görüşlərdə ən doğru qərar Makronun iştirak etməməsi olar”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında rəsmi Parisin qeyri-konstruktiv davranışlarına diqqət çəkdi: “Son proseslər açıq-aydın göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ən çox mane olan ölkə Fransadır. Əslində Makron son sərsəmləməsi ilə həm də özünün pozucu fəaliyyətini ifşa etdi. Açıq-aydın göstərdi ki, Roma papasından daha çox katolik olmağa çalışır. Baxın, artıq Paşinyan Qarabağın Azərbaycan ərazisi olması ilə razılaşıb. Qarabağın müstəqil qurum kimi tanınmasını istəyən yeganə şəxs Paşinyandır. Danışıqlarda Prezident İlham Əliyevə guya "təzyiq göstərməsi" yalanına gəldikdə isə, Makron bu gücə malik idisə, niyə Vətən müharibəsi dövründə Azərbaycanın qarşısını ala bilmədi?! 10 noyabr razılaşmasını bəlkə Makron təşkil edib, bizim xəbərimiz yoxdur? Bu insan anlamır ki, danışdıqca batır. Məhz onun həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində bu gün Fransa dağılır, etirazlar bitmir. Makron elə fitri isteda malikdirsə, onu ölkəsinin idarəçiliyinə sərf etsin. Burada bir Azərbaycan atalar sözü yada düşür: “Özünə umac ova bilmir, başqasına əriştə kəsir”. Makron getsin Fransanın problemlərini həll etsin, onun bizə ağıl öyrətməsinə, “əriştə kəsməsinə” ehtiyacımız yoxdur!" Makronun bu qədər Ermənistanın cəfasını çəkməsinə gəldikdə, C.Məmmədov hesab edir ki, bunun səbəbi onun ermənilər qarşısında gözükölgəli olmasıdır: “O, yalnız bununla hesabat verərək demək istəyir ki, verdiyiniz pulların, ayırdığınz ianələrin halallığını verin, günah məndə yox, sizin yarıtmaz prezidentinizdədir. Bu, həm də bir prezident və siyasətçi kimi Makronun hansı keyfiyyət və xüsusiyyətlərə malik olduğunu göstərir. Makronla Paşinyan həm də guya dostdurlar. "İki daşın arasında", görüşdən çıxan kimi Makron Paşinyanı “satdı”, onu Azərbaycana güzəşt etməkdə günahlandırdı. Bütün Ermənistan mediası bunu əsas götürərək Paşinyana hücuma keçdi". Deputat qeyd etdi ki, bu açıqlamalar əldə edilmiş bir sıra məsələlərlə bağlı razılıqlara da xələl gətirir: “Düşünürəm ki, növbəti görüşlərdə ən doğru qərar Makronun iştirak etməməsi olar. Çünki onun iştirakı prosesə yalnız xələl gətirir, münasibətləri daha da gərginləşdirir. Belə iştirakdansa, onun prosesdə iştirak etməməsi daha yaxşıdır. Bizə belə vasitəçi olmaq istəyən dövlət lazım deyil. Azərbaycan zamanla Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəf və məqsədlərinə nail olacaq, buna heç kəsin şübhəsi olmasın”.

Sahib Məmmədov: “QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək  deyil” - 22.04.2018, Sputnik Azərbaycan

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov da bu mövzuda maraqlı fikirlərini bölüşdü: “Ermənistan-Azərbaycan münasibətlərinin indiki mərhələsində yalnız 3-cü tərəflərin neytral vasitəçilik missiyası sülh müqaviləsinin bağlanmasına və sonrakı proseslərin - sərhədlərin delimitasiya və demarkasıyası, Qarabağda yaşayan erməni mənşəli əhalinin Azərbaycanın hüquq məkanına inteqrasiyası və sair - effektiv həyata keçirilməsinə kömək edə bilər. Digər bütün müdaxilələr münasibətlərin normallaşmasına nəinki kömək etmir, əksinə, ziddiyyətlərin dərinləşməsinə gətirir. Fransanın və onun hazırkı prezidenti cənab Makronun proseslərə lüzumsuz müdaxiləsi isə tamamilə destruktivdir və yersizdir. Lakin hazırda Ermənistan nə Fransaya, nə də Rusiyaya ciddi təzyiq göstərərək Azərbaycanla olan münasibətləri sərbəst və öz qərarı əsasında müəyyənləşdirmək gücünə malik deyil. Fransanın və onun prezidentinin mövqeyi və müdaxilələri Ermənistan dövlətinin və erməni xalqının mənafelərinə ziddir. Bu, yalnız erməni lobbisinin və Fransanın öz maraqlarına xidmət edir”.

S.Məmmədov qeyd etdi ki, Fransa regiona Avropa İttifaqı bayrağı altında daxil olmaq və möhkəmlənmək istəyindədir: “Bu isə əlbəttə ki, region ölkələrinin heç birinin maraqlarına uyğun gəlmir. Fransa əvvəlki bütün danışıqlarda, hansılarda ki, iştirak edib, həmişə destruktiv mövqe sərgiləyib və danışıqlar da nəticəsiz başa çatıb. Bu baxımdan Fransanın bütün formatlarda iştirakının sülh proseslərinə mane olacağı şübhə doğurmur. Ona görə də Fransanın növbəti danışıqlar prosesindən tamamilə kənarlaşdırılması aktual məsələdir. Lakin buna nail olmaq o qədər də asan deyil. Ən azı Ermənistanın Fransadan asılı olması səbəbindən...

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Fransa Prezidenti Makron diletant siyasətçidir: “Öz ölkəsinin geosiyasi maraqlarını şəxsi maraqlarına qurban verir. Xüsusilə bunu biz erməni lobbisi ilə keçirdiyi görüşdə verdiyi açıqlamada görürük. Erməni lobbisi anti-Pasinyan mövqeyə malikdir. Qarabağ məsələsindən də onlar öz şəxsi maraqlarına uyğun istifadə edirlər. Məhz Emanuel Makrona maliyyə dəstəyi verirlər. Əgər Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi sayırsa, ölkəmizin ərazi bütövlüyünü qəbul edirsə, lakin Fransa prezidenti bunun əksinə gedirsə, deməli, Makron regionda Fransanın maraqlarına zidd addımlar atır. Regionda sülh və ərazi bütövlüyünün təmin olunması Parisin geosiyasi mövqeyinə uyğundur”. M.Əsədullazadə şübhə etmir ki, əgər əvvəlki Fransa prezidentləri olsaydı, onlar dövlət maraqlarına uyğun siyasət ortaya qoyacaqdılar: “Heç şübhəsiz ki, onlar reallıqla barışacaqdılar. Qeyd edim ki, Makronun məlum çıxışından sonra onun danışıqlar prosesinə qatılmasına imkan vermək lazım deyil. Makron sülhün əldə edilməsində maraqlı görünmür. Onun daxili siyasətinə fikir versək, ölkədə iğtişaşlar və qeyri-sabitlik belə bir şəxsin vasitəçi olmasını istisna edir”. Politoloq bu fikirdədir ki, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etməlidir və Fransanın iştirakı ilə danışıqlar prosesinə qatılmamalıdır: “Fransa Prezidenti Makron Kişinyovdakı dördtərəfli görüşdə Prezident İlham Əliyevə Nikol Paşinyandan daha çox "təzyiq etdiyini" iddia edir. Qeyd edim ki, Prezident İlham Əliyev müharibədə qalib gəlmiş və kifayət qədər müstəqil, regionda yeni bir siyasi nizam yaradan dövlət başçısıdır. Ümumiyyətlə, Prezident İlham Əliyev elə bir xarakterə malikdir ki, onunla heç kim təzyiq dilində danışa bilməz.  Makronun diletant açıqlaması yalnız erməni lobbisinə xoş gəlmək üçün istifadə etdiyi termin ola bilər". Ekspert hesab edir ki, bütün bunlardan sonra Azərbaycan Fransa ilə diplomatik əlaqələri aşağı səviyyəyə endirməlidir.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR