İnsanlara hürriyət, millətlərə istiqlal!

Martinikin azadlığı partiyasının nümayəndəsi: "Fransa yerli xalqlara qarşı soyqırımı törədib"

328 06.07.2023 11:09 Siyasət A A

Fransa yerli xalqlara qarşı soyqırımı törədib. Fransa minlərlə qulu eksport edib.

APA xəbər verir ki, bu barədə Martinikin azadlığı partiyasının nümayəndəsi Luc Francis Carole Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçikiyinin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

O deyib ki, bu insanlar azad doğulub və daha sonra insan haqlarını təşviq etdiyini iddia edən Fransa tərəfindən qula çevirilib:

“1946-cı ildən bizə Fransanın departamenti statusu verilib, həqiqət isə odur ki, biz hələ də Fransanın koloniyasıyıq. Fransa hökumətinini strategiyası yerli Martinik sakinlərini fransızlarla əvəz etməkdir, bu soyqırımdır, demoqrafik vəziyyəti dəyişməkdir. Fransa illərlə bizim dənizlərimizi, torpaqlarımızı kimyəvi maddələrlə zəhərləyib və bunun nəticələrini xalqımız indi də yaşayır.

Ölkəmizdə prostat xərçəngindən əziyyət çəkənlərin sayı çoxdur, bu xəstəliyə görə ilk sıradayıq. Bütün bunlar insan haqlarını təşviq etdiyini idda edən Fransanın əməllərinin nəticəsidir. Fransa beynəlxalq paltformalarda öz imicini başqa formada təqdim edib, amma biz Afrika qitəsində törədilənləri bilirik”.

O, çıxışında Fransada yaşayan Afrika kökənli əhalinin üzləşdikləri problemlər, irçiliklə bağlı cinayətlər barədə qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR