İnsanlara hürriyət, millətlərə istiqlal!

"Marionet liderlərdən fərqli olaraq, İlham Əliyev güclü liderdir"

424 12.10.2023 17:05 Siyasət A A

“Bəzi ölkələrdə hakimiyyətdə qalmaq üçün konstision quruluşu dəyişənlərdən fərqli olaraq, Prezident İlham Əliyev xalqın səsini alaraq, hakimiyyətdə qalıb. Bu gün bölgəmizdə İlham Əliyevin sözü olmadan heç bir qərar qəbul edilə bilməz”.

Musavat.com xəbər verir ki, bunu İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasında deputat Əli Hüseynli deyib.

“İndi Qarabağdakı qələbəmizlə oradan ermənilər təxliyə edilirsə, radikal müxalifət də Azərbaycandan təxliyə olmaqdadır. Prezident İlham Əliyev tarixi yenidən yazır. Prezidrnt İlham Əliyev öz qətiyyətli çıxışlarında tarixi həqiqətləri – AXC-nin Şuşanı verməsi, AXC-nin zor gücünə hakimiyyətə gəlməsini çəkinmədən dilə gətirdi, cəmiyyətdə populizmə son qoydu. Regionda məxməri inqilabların yetişdirdiyi marionet liderlərdən fərqli olaraq, İlham Əliyev güclü liderdir. Bu gün prezident Heydər Əliyev siyasətini uğurla davam etdirir. Qarabağı işğaldan azad edilib, məhz Heydər Əliyev siyasəti Qafqazda sülhü daimi edəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR