İnsanlara hürriyət, millətlərə istiqlal!

“Manyak olacağımı bilirdim” - Universitetdə 14 nəfəri öldürən şəxs barədə ŞOK FAKTLAR

2067 22.12.2023 10:45 Dünya A A

Xəbər verdiyimiz kimi, Çexiyada Praqa Universitetinin fəlsəfə fakültəsində 15 nəfərin ölümünə səbəb olan silahlı hücum olub. Hücum Kladno şəhərindən olan 24 yaşlı tələbə David Kozak tərəfindən həyata keçirilib.

Musavat.com xəbər verir ki, Kozakın dəhşətli planlarını Telegram vasitəsilə paylaşdığı üzə çıxıb.

Universitet tələbəsi səhər saatlarında atasını öldürdükdən sonra günorta 15:00 radələrində tələbəsi olduğu Çarlz Universitetinə  gedərək universitet binasının terrasından snayper tüfəngi ilə təsadüfi atəş açıb.

65851f50c236ec05c7ec3bfc.jpg (46 KB)

Polis 24 yaşlı hücumçunu zərərsizləşdirib. Hadisə nəticəsində 15 nəfər ölüb, 10-u ağır vəziyyətdə olmaqla 24 nəfər yaralanıb.

Britaniyanın "The Telegraph" qəzeti qatili özünə qapanmış, tək adam kimi təsvir edib və Kozakın kütləvi hücumlarla bağlı fantaziyalarını internetdə paylaşdığını yazıb. Telegramda yaydığı tükürpədən paylaşımda 24 yaşlı gənc universitetə hücum edib, daha sonra intihar etmək istədiyini yazıb.

"Həmişə öldürmək istəmişəm. Manyak olacağımı bilirdim" - Kozak paylaşımda qeyd edib.

Qəzet heç bir cinayəti olmayan Kozakın qanuni silah sahibi olduğunu və silahla maraqlandığını yazıb, hücumdan sağ çıxan tələbələrin ifadələrinə yer verib.

658523b5c236ec05c7ec3c30.jpg (77 KB)

Britaniyanın “Guardian” isə qəzeti tarixi Praqa şəhərinin zorakılıq hadisələri ilə tanınmadığına diqqət çəkib və yerli əhalinin çox təəccübləndiyini vurğulayıb.

Polis hücumun terrorla əlaqəli olmadığını açıqlasa da, "Daily Mail" qəzeti təcavüzkarın Praqa yaxınlığındakı meşədə 32 yaşlı kişini və yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilindiyini yazıb.

Polis Kozakın ötən həftə törədilmiş qətllərlə əlaqəsini araşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR