“Mançester Siti” klubunun futbolçusu Erlinq Holand İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, 22 yaşlı hücumçu buna “Vulverhempton”a qarşı keçirdikləri VIII tur oyununda nail olub.

16-cı dəqiqədə “şəhərlilər”in 2-ci qoluna imza atan norveçli forvard ardıcıl 4 səfər matçında fərqlənən ilk oyunçu kimi tarixə düşüb.

“Mancester Siti” - “Vulverhampton” qarşılaşmasında qonaqlar böyük hesabla qələbə qazanıb.

“Şəhərlilər” elə ilk dəqiqədə Cek Qrilişin qolu ilə hesabda önə keçiblər.

Holandın qolu da özünü çox gözlətməyib. Belə ki, norveçli ulduz B.Silvanın ötürməsindən sonra oyunun 16-cı dəqiqəsində hesabı 0-2 edib.

Meydan sahiblərində Neytan Kollinz 33-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

“Malinous Stedium”da baş tutan matçda Fil Foden də adını fərqlənənlərin siyahısına sala bilib, 0-3.