İnsanlara hürriyət, millətlərə istiqlal!

Maldiv adaları Hindistandan qoşunlarını ölkədən çıxarmağı xahiş edib

587 15.01.2024 12:09 Dünya A A

Maldiv dövləti Hindistandan qoşunlarını martın 15-dək ölkədən çıxarmasını tələb edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkə prezidenti Məhəmməd Muizzounun ictimai siyasət üzrə katibi Abdulla Nazim İbrahim mətbuat konfransında deyib ki, Maldiv və Hindistan rəsmiləri paytaxt Maledə Hindistan qoşunlarının çıxarılması ilə bağlı danışıqlar aparırlar.

Maldiv adalarında olan 88 Hindistan əsgərinin martın 15-dək ölkəni tərk etməli olduğunu bildirən İbrahim deyib: “Hindistan ordusu Maldiv adalarında qala bilməz. Bu, prezident Məhəmməd Muizzunun və bu administrasiyanın mövqeyidir”.

Çinə beş günlük səfərindən sonra şənbə günü mətbuat konfransında danışan prezident Muizzu qeyd edib: “Maldiv adaları kiçik ola bilər. Lakin bu, heç bir ölkəyə bizi incitmək hüququ vermir”.

Maldiv adalarının heç bir ölkənin həyətyanı ərazisi olmadığını qeyd edən prezident əlavə edib: “Biz müstəqil və suveren dövlətik”.

Bundan əvvəl Maldiv Gəncllərlə İş üzrə Nazirliyinin üç əməkdaşı Hindistanın baş naziri Narendra Modini “təlxək” adlandırıb və sosial media hesablarında Hindistan və Modi ilə bağlı paylaşımlarında istehzalı emojilərdən istifadə ediblər.

Bununla əlaqədar Hindistan Maldiv adalarının Yeni Dehlidəki səfiri İbrahim Şahibi Xarici İşlər Nazirliyinə çağırıb.

Hadisədən qısa müddət sonra Maldiv adalarının Gənclərlə İş üzrə Nazirliyinin bu əməli törədən üç məmuru vəzifələrindən uzaqlaşdırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR