İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron və Trampın tövsiyə etdiyi preparat 17 min can alıb

528 08.01.2024 10:56 Dünya A A

Malyariya əleyhinə dərman olan hidroksiklorokin COVID-19 pandemiyasının ilk dalğası zamanı altı ölkədə təxminən 17,000 insanın ölümünə səbəb olmuş ola bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, fransız alimlərinin bu barədə araşdırması Biomedicine & Pharmacotherapy jurnalında dərc olunub.

Bu aktiv maddə pandemiya zamanı məşhur fransız mikrobioloqu Didye Raulun da olduğu bir sıra səhiyyə mütəxəssisləri tərəfindən möcüzəvi müalicə kimi təqdim edilirdi.

Alimin dərmanın COVID-19 üçün panaceya (əlac) olduğuna dair inamı tezliklə bəzi siyasətçilər tərəfindən dəstəklənib. Fransa prezidenti Emmanuel Makron onun mərkəzini şəxsən ziyarət edib, ABŞ prezidenti Donald Tramp 2020-ci ildə bu preparatı tövsiyə edərək, özünün onu artıq qəbul etdiyini söyləyib.

Ancaq dərmanın istifadəsi mübahisəli olub, çünki bir çox sağlamlıq mütəxəssisi onun COVID-19-a qarşı effektivliyinə dair tədqiqatların və elmi sübutların olmadığını qeyd edib.

ABŞ Qida və Dərman İdarəsi (FDA) 2020-ci ilin mart ayında hidroksiklorokin (HCQ) üçün təcili istifadə icazəsi verib, lakin iyun ayında onu geri götürüb.

Xüsusilə, dərmanın ürək ritminin pozulması kimi ciddi yan təsirlərə səbəb olduğu aşkar edilib.

Tədqiqatçılar qeyd ediblər ki, bu preparat üzündən ölənlərin sayının 17.000 olması təxmini rəqəmdir, çünki bu, qısa müddət ərzində yalnız bir neçə ölkəni əhatə edir və ümumi ölüm sayı, güman ki, daha çoxdur.

Onlar həmçinin bildiriblər ki, bu nəticə gələcək pandemiyalar zamanı reseptlərə çıxışın ciddi tənzimlənməsini dəstəkləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR