İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: İsrailin Qəzzadakı əməliyyatı fəlakətlə nəticələnəcək

528 20.08.2025 20:27 Dünya A A

Fransa prezidenti Emmanuel Makron bildirib ki, İsrailin Qəzza zolağına hərbi hücumu fəlakətlə nəticələnə və bölgəni daimi müharibəyə sürükləyə bilər.

Bu barədə o, “X” sosial şəbəkəsində bildirib.

“Mən indicə İordaniya Kralı II Abdulla, sonra isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışdım. Biz eyni qənaətdəyik: İsrail tərəfdən hazırlığı gedən Qəzzaya hərbi hücum yalnız iki xalq üçün əsl fəlakətə gətirib çıxara və regionu daimi müharibəyə sürükləyə bilər”, - Makron yazıb.

Fransa prezidenti vurğulayıb ki, münaqişə yalnız atəşkəs, Qəzzaya humanitar yardımın çatdırılması, girovların azad edilməsi və HƏMAS hərəkatının tərksilahı ilə başa çata bilər. O, həmçinin Qəzza zolağını sabitləşdirmək üzrə beynəlxalq missiyayanın təşkilinə çağırıb.**report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR