İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli sevgilisindən danışdı

1941 20.04.2022 20:58 Maraqlı A A

Zaqreb "Dinamo”sunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emreli sevgilisindən danışıb.

O bu barədə Xorvatiya mətbuatına açıqlama verib.

"Zaqrebdə kimlə yaşayırsınız” sualını forvard belə cavablandırıb: "Mənim sevgilim var. O, hazırda Zaqrebdədir. Həmçinin qardaşım da buradadır. Yaxın günlərdə anamla bacım da yanıma gələcək. Düzü, şəhərə çox çıxmıram, vaxtımın çoxunu evdə keçirirəm. Hər şey yaxındadır. Zaqrebi çox sevirəm. Bu şəhər mənim üçün uyğundur. Böyük şəhərləri sevmirəm. Zaqreb isə mənə Bakını xatırladır. Çünki burada bir yerdən digər yerə tez getmək mümkündür”.

Qeyd edək ki, bir müddət öncə Mahir Emreli instaqram hesabında sevgilisi ilə fotosunu paylaşmışdı. Bu foto sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.(Sfera.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR