İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahaçqalada partlayışda təqsirləndirilən şəxs həbs edilib

681 17.08.2023 18:45 Hadisə A A

Rusiya paytaxtı Moskvanın Basman Rayon Məhkəməsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində onlarla insanın ölümü ilə nəticələnən yanğınla bağlı təqsirləndirilən Eldar Nəsrulayevi iki ay müddətinə həbs edib.

Onun barəsində oktyabrın 14-dək həbs qətimkan tədbiri seçilib.

Məhkəmə iclası təqsirləndirilən şəxslərin və yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədilə qapalı keçirilib.

Xatırladaq ki, avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla 35 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Mənbə: TASS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR