İnsanlara hürriyət, millətlərə istiqlal!

Mağazada DƏHŞƏT: Satıcı müştəriləri belə bıçaqladı - ANBAAN VİDEO

2721 02.09.2022 15:29 Kriminal A A

Türkiyədə qəribə olay yaşanıb.

Musavat.com xəbər verir ki, Elazığ bölgəsində mağaza işlədən şəxs içəri girən müştərilərin üzərinə bıçaqla hücum edib.

Vətəndaşların bıçaqlanma anı saniyə-saniyə təhlükəsizlik kameralarına əks olunub.

Davamlı bıçaqlanmalardan narahat olan yerli sakinlər vəziyyəti polis qruplarına xəbər verib. Qısa müddət sonra hadisə yerinə gələn polis şübhəli şəxsi yaxalayaraq nəzarətə götürüb.

Polis idarəsində müvafiq proseduralardan sonra iş məhkəməyə göndərilib. Məhkəmə onu şərti azadlığa buraxılıb. Psixoloji problemləri olduğu öyrənilən market operatoru ailəsinin istəyi ilə Psixi Sağlamlıq və Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Həmin videonu təqdim edirik:


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR