İnsanlara hürriyət, millətlərə istiqlal!

Madurodan “Böyük Venesuela” xəritəsi - yeni "nifaq alması"

625 06.12.2023 12:09 Dünya A A

Venesuela prezidenti Nikolas Maduro federal hökumət şurasının iclası zamanı qonşu Qayanaya aid olan Essequybo bölgəsinin ölkəyə daxil olduğu xəritəni göstərib.

Musavat.com xəbər verir ki, bu barədə Ultimas Noticias məlumat yayıb.

“Gayana-Essequybo” adlı 24-cü “yeni” əyaləti olan Venesuela xəritəsi məktəblər, kollec və universitetlərə paylanacaq. Bundan əlavə, ölkədə müvafiq regionun yaradılması haqqında qanun layihəsi Venesuela parlamentinə təqdim olunacaq.

Maduro Essequybo “yalnız beynəlxalq hüquqa hörmətlə” dəniz zonasında fəaliyyət göstərən neft şirkətlərinə üç ay ərzində işlərini məhdudlaşdırmaq imkanı verməyi təklif edib.

Qayana öz ərazisinin bir hissəsindən imtina etmək istəmir və BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazır olduğu barədə xəbərdarlıq edir. Qayananın hakimiyyət orqanları beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün BMT Nizamnaməsinin 41 və 42-ci maddələrindən istifadə etmək niyyətindədir. Bu, Venesuelaya qarşı sanksiyaların tətbiqinə və ya hərbi əməliyyatlara səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR