İnsanlara hürriyət, millətlərə istiqlal!

Madonnadan ÇAĞIRIŞ: "Bütün sevgimizi onlara göndərək" - Fotolar

807 15.02.2023 15:51 Şou-biznes A A

Dünyaca məşhur ulduz Madonna "Sevgililər Günü"ndə Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı sosial şəbəkədə çağırış edib.

Musavat.com-un xəbərinə görə, Madonna Türkiyədəki zəlzələdən fotolar paylaşaraq, bunları qeyd edib:

"Sevgililər Günündə hamı sevgidən danışır. Bütün sevgimizi, şəfa enerjimizi bu şiddətli zəlzələdə böyük itki və dağıntılar yaşayan Suriya və Türkiyəyə göndərək. 33 181 nəfər ölüb. Bir çox insan evini, işini və təbii ki, yaxınlarını itirdi, şəhərlər silindi. Bu, çox kədərlidir".

Madonna izləyicilərini ianə verməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Ancelina Coli və Lionel Messi Türkiyədəki zəlzələ ilə bağlı çağırışlar edib.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR