İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Rusiyanın enerji asılılığından qurtarmaq üçün Brüsseldən külli miqdarda pul alıb

511 28.12.2023 23:19 Dünya A A

Macarıstan “yaşıl keçid” və Rusiyadan enerji asılılığının azaldılmasını nəzərdə tutan REPowerEU proqramı çərçivəsində Avropa İttifaqından 300 milyard forint (təxminən 706 milyon avro) dəyərində dəstək alıb.

Bu barədə Macarıstanın maliyyə naziri Mihali Varqa Facebook səhifəsində məlumat verib: "Macarıstan üçün dəyişdirilmiş bərpa planı dekabrın 8-də Avropa İttifaqının maliyyə nazirləri tərəfindən təsdiqləndi və bu, vəsaitlərin ayrılmasına zəmin yaratdı”.

Maliyyə naziri bu gün köçürülən məbləğin RePowerEU fondlarından təmin edildiyini açıqlayıb. Varqa əlavə edib ki, vəsait Macarıstanın karbonsuz enerjiyə yaşıl keçidini həyata keçirmək üçün istifadə olunacaq.

Avropa İttifaqı tərəfindən 2022-ci ilin mayında işə salınan RePowerEU proqramı enerjiyə qənaət, təmiz enerjinin inkişafı və alternativ enerji mənbələrindən istifadə etməklə icma ölkələrinin Rusiya enerji resurslarından asılılığını azaltmasına dəstək üçün nəzərdə tutulub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR