İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan prezidenti İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb

289 05.03.2024 22:30 Dünya A A

Macarıstanın yeni prezidenti Tamas Şuyok İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb.

APA xəbər verir ki, bu barədə dövlət başçısının aparatı məlumat yayıb. Bəyanatda qeyd olunub ki, saziş fevralın 26-da Macarıstan parlamenti tərəfindən təsdiqlənib.

Bundan əvvəl "Bloomberg" agentliyi yazıb ki, NATO-nun mənzil-qərargahında martın 1-də İsveç bayrağının asılması ilə bağlı planlaşdırılan rəsmi mərasim Macarıstanın yeni prezidentinin ratifikasiyanı imzalamamasına görə təxirə salınmışdı

Macarıstan parlamenti Stokholmun NATO-ya daxil olması haqqında sazişi ratifikasiya etdiyi gün Şuyok prezident seçildi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR