İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan miqrantlara görə 200 milyon avro cərimələnib

372 13.06.2024 15:25 Dünya A A

Avropa İttifaqının (Aİ) Lüksemburqdakı Ədalət Məhkəməsi Macarıstanı miqrantların qəbulu ilə bağlı ümum-Avropa qaydalarının pozulması ilə bağlı əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə 200 milyon avro məbləğində cəriməyə, eləcə də gündəlik ödənişlərə məhkum edib.

Musavat.com xəbər verir ki, bu barədə iyunun 13-də idarənin saytında dərc olunmuş press-relizdə deyilir.

Sənəddə qeyd edilir ki, Aİ-nin ümumi siyasətlərinin tətbiqindən yayınma Aİ qanunvericiliyinin misli görünməmiş və son dərəcə ciddi pozuntusudur.

Məhkəmə 2020-ci ilin dekabrında Macarıstanın beynəlxalq mühafizə verilməsi və üçüncü ölkə vətəndaşlarının geri qaytarılması ilə bağlı prosedurlara dair qanunu pozmasına dair çıxarılan qərarı xatırladıb.

“Komissiyanın Macarıstana qarşı 2020-ci il qərarının hələ də icra olunmadığını nəzərə alaraq, komissiya 2022-ci il fevralın 21-də iddia qaldırıb”, - sənədin mətnində deyilir.

Əlavə edilib ki, üzv dövlətin Aİ-nin ümumi siyasətinin tətbiqindən qəsdən yayınması faktı bu hüququn bütövlüyünə və üzv dövlətlərin bərabərlik prinsipinə ciddi təhlükə yaradır.

“Buna görə də Macarıstan komissiyaya 200.000.000 avro məbləğində birdəfəlik ödəməyə məcbur edilməlidir”, - məhkəmənin qərarında deyilir.

Macarıstanın baş naziri Viktor Orban məhkəmənin qərarını şərh edərək, bunu “qəzəbli və qəbuledilməz” adlandırıb.

“Biz Brüssel bürokratlarının maliyyə şantajına boyun əyməyəcəyik! Biz sərhədləri və macar xalqını qoruyacağıq!” – o, öz Facebook səhifəsində yazıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR