İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan İsveçin NATO yolunu açdı

429 26.02.2024 22:07 Dünya A A

Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq təklifini nəzərdə tutan sənədi ratifikasiya ediblər.

Beləliklə, Rusiyanın daha bir qonşusu düşmən blokun üzvü olur.

Xatırladaq ki, İsveç Ukraynada müharibə başlayandan sonra 2022-ci ildə NATO-ya qoşulmaq üçün müraciət edib. Onun müraciətini Türkiyə və

Macarıstandan başqa bütün digər alyans üzvləri qısa müddətdə təsdiqləyiblər.

Türkiyə parlamenti İsveçin üzvlüyünə yanvar ayında hə deyib. Macarıstanın baş naziri Viktor Orban isə keçən həftə İsveç baş naziri Ulf Kristerssonun ölkəsinə səfərindən sonra fikrini dəyişib. Ulf Kristersson bu günün “tarixi gün” olduğunu və İsveçin “Avro-Atlantik təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu” deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Macarıstan parlamentinin qərarı alyansı “daha güclü və təhlükəsiz” edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR