İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Trampın "Sülh Şurası"na ilk qatılan lider oldu

797 21.01.2026 00:19 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko Vaşinqtonun təşəbbüsü ilə formalaşdırılan və ABŞ prezidenti Donald Trampın təşəbbüsü kimi təqdim edilən yeni beynəlxalq struktur — “Sülh Şurası”na qoşulduğunu açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Minskdən yayılan məlumata görə, Belarus bu formatın yaradıcı dövlətlərindən biri olmağa hazır olduğunu ilk dəfə açıq şəkildə təsdiq edən ölkədir.

Lukaşenko dövlət televiziyası vasitəsilə çıxışında “müvafiq sənədi imzaladığını” və ABŞ-a ünvanlanmış rəsmi müraciəti göndərdiyini bildirdi: “Biz onların təklifini qəbul etməyə və bu şuranın təsisçilərindən biri olmağa hazır olduğumuzu təsdiqlədik”, — deyə o qeyd edib.

Lukaşenko bu formatın imkanlarını “realist şəkildə qiymətləndirdiyini” desə də, Minskin əsas motivasiyası kimi Ukrayna müharibəsi ətrafında mümkün danışıqlar, vasitəçilik və “münaqişənin yumşaldılması” istiqamətində iştirak perspektivi göstərilib. “Bizi daha çox Ukrayna istiqaməti maraqlandırır. Ola bilsin ki, biz orada nəsə müzakirə edə və prosesi irəli apara bilərik, Kiyev rəhbərliyinə təsir göstərə bilərik. Məni daha çox bu cəlb edir”, — deyə Lukaşenko bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR