İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoydu

405 31.12.2023 20:31 Dünya A A

Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat şəraitinə nəzarəti gücləndirmək vəzifəsi qoyub.

Musavat.com report.az-a istinadən xəbər verir ki, bu barədə BelTA Komitənin sədri İvan Tertelə istinadən bildirib.

"Dövlət başçısı əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi və fövqəladə halların qabaqlanması vəzifəsini qarşıya qoyub", - o deyib.

Onun sözlərinə görə, DTK həm ölkənin regionlarında, həm də paytaxtda bu tapşırığı yerinə yetirməyə tam hazırdır.

Tertel qeyd edib ki, "vəziyyət nəzarət altındadır".

"Biz Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi və Müdafiə Nazirliyindən olan həmkarlarımızla birlikdə gücləndirilmiş iş rejimində işləyirik", - o əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR