İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lotu Quli”nin qardaşının adamları Ukraynada saxlanıldı - VİDEO

977 03.08.2022 09:15 Kriminal A A

Ukraynanın Odessa vilayətində kriminal qruplaşmanın üzvləri saxlanılıb.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Odessa vilayətinin Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər azərbaycanlı mərhum “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiq Səlifovun (“Namiq Bakinsiy”) göstərişi ilə hərəkət ediblər.

Rəsmi məlumatda bildirilir ki, cinayətkar qruplaşma süni münaqişə vəziyyətləri yaradıblar, onların həlli üçün zərərçəkmişlərdən külli miqdarda pul tələb ediblər. Onlar ödəniş etmədikləri halda insanları zorakılıq, işgəncə və fiziki zorakılıqla hədələyiblər.

Ukrayna Təhlükəsizlik Şurasının Odessa vilayətindəki ofisi həmin şəxslərin saxlanılma anının görüntülərini də yayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR