İnsanlara hürriyət, millətlərə istiqlal!

"Liverpul"un baş məşqçisi çaxnaşmaya baiskar olmaqda ittiham edilib

1012 31.05.2022 10:41 İdman A A

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp İspaniya "Real Madrid"i ilə UEFA Çempionlar Liqasının final matçındakı xaos və çaxnaşmanın səbəbkarı olmaqda ittiham edilib.

"Report"un məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlama verib.

O bildirib ki, məhz almaniyalı mütəxəssis görüşdən bir neçə gün əvvəl azarkeşlərə çağırış edərək, onları Fransaya hətta biletsiz gəlməyə səsləyib.

Darmanenin sözlərinə görə, belə problemlər İngiltərənin bir neçə klubunun iştirakı ilə daima baş verir: "Çoxsaylı britaniyalı biletsiz fanatlar əvvəllər də olub. Xüsusən, 2019-cu ildə Madriddə belə hal baş vermiş və bu, oxşar çətinliklər yaratmışdı. Analoji problemlər ötən il "Uembli" stadionunda da olub. Bu problemlərə davranış, qeyri-mütəşəkkillik və böyük saxta bilet bazarı daxildir. Fan-zonadakı 10 minlərlə fanat qaydalara əməl edirdi. Onların azsaylı, amma fəal hissəsi isə bizim təhlükəsizlik sistemimizlə münaqişəyə girmişdi".

Qeyd edək ki, "Real Madrid" rəqibini 1:0 hesabı ilə məğlub edərək tarixdə 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR