İnsanlara hürriyət, millətlərə istiqlal!

Livanda xəstəxanaların çöküşü: ÜST-dən xəbərdarlıq

447 23.11.2024 10:17 Dünya A A

İsrail ilə "Hizbullah" arasında davam edən hərbi toqquşmalar nəticəsində Livanda bəzi xəstəxanalar tamamilə və ya qismən fəaliyyətini dayandırmağa məcbur olub.

Musavat.com xəbər verir ki,  barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyindən məlumat verilib.

Açıqlamada vurğulanıb ki, ölkənin səhiyyə sistemi ciddi təzyiq altındadır. Ümumilikdə 153 xəstəxanadan 15-i ya fəaliyyətini tam dayandırıb, ya da məhdud şəkildə işləyir.

Xüsusilə bəzi bölgələrdə vəziyyət daha kritikdir. ÜST-ün hesabatına görə, Livanın Nabatiyə əyalətində xəstəxana çarpayılarının təxminən 40%-i sıradan çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR