İnsanlara hürriyət, millətlərə istiqlal!

Livanda "Əl-Cəmaə əl-İslamiyyə" komandirinin öldürüldüyü təsdiqlənib

594 18.05.2024 00:51 Dünya A A

İsrail hərbçiləri Livanda "əl-Cəmaə əl-İslamiyyə" radikal qruplaşmasının komandirlərindən biri Şurahbil əs-Seyidi zərərsizləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, İsrail Hərbi Hava Qüvvələrinin Majdal-Anjar bölgəsindəki hava hücumu nəticəsində zərərsizləşdirilib. Əs-Seyid Livan ərazisindən İsrailə çoxsaylı hücumların hazırlanmasında iştirak edib, həmçinin HƏMAS radikal hərəkatının Livan qanadı ilə əlaqədə olub.

"Onun zərərsizləşdirilməsi terror təşkilatının bu yaxınlarda planlaşdırdığı və yaxın gələcəkdə şimal sərhəd bölgəsindəki İsrail dövlətinə qarşı törətmək niyyətində olduğu terror hücumlarının hazırlanması, törədilməsi imkanlarını pozmaq üçün həyata keçirildi", - açıqlamada deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR