Bürgenstokda keçirilən dördtərəfli məsləhətləşmələrdə iştirak edən danışıq qrupları Livanın da daxil olacağı gözlənilən münaqişələrin həlli qrupu yaratmaq barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, bu, Qətər və Pakistanın birgə bəyanatında əksini tapıb: "Tərəflər Livanda hərbi əməliyyatların dayandırılması şərtlərinə riayət olunmasını təmin etmək üçün vasitəçilərin köməyi ilə iştirakçı ölkələrin və Livan Respublikasının nümayəndələrinin daxil olacağı münaqişələrin həlli qrupu yaratmaq barədə razılığa gəliblər".
Qeyd olunur ki, texniki qruplar həftə ərzində Bürgenstokda müzakirələr aparılmaqla bir sıra məsələlər üzrə məsləhətləşmələri davam etdirəcəklər.
Musavat.com






