İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyan: Ermənistan Qarabağa daha çox töhfə verib, yoxsa Qarabağ Ermənistana?

2148 27.07.2023 16:31 Region A A


Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan son dövrlərdə öz ölkəsində Qarabağ ermənilərinə olan mənfi münasibət haqqında mövqeyini bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sabiq prezident 2017-ci ildə Facebook səhifəsində yazdığı statusu xatırladıb. Özünü Azərbaycan-Ermənistan münaqişəsində kompromis tərəfdarı kimi göstərən bu adam həmin statusda da Qarabağı Ermənistanın ayrılmaz hissəsi hesab edirmiş.

“Qarabağın işğaldan azad edilməsi zamanı (Qarabağın Ermənistan tərəfindən işğalı zamanı-red.) Ermənistan sakinlərinin çəkdiyi əziyyətlər qarabağlıları danlamaq, onları nankorluqda, tənbəllikdə və ya parazitlikdə ittiham etmək üçün heç də əsas deyil. Başqa bir böyük sual budur ki, kim kimə daha çox töhfə verib: Ermənistan Qarabağa, yoxsa Qarabağ Ermənistana? Ermənistanda möhkəmlənən onlarla Qarabağ əsilli erməni məmuruna və iri biznesmenlərə qarşı formalaşan çox mənfi münasibət bütün bu ittihamlara səbəb ola bilməz”,-deyə keçmiş prezident yazıb.

Levon Ter-Petrosyan burada Ermənistan və Qarabağı “ümumi vətən” olaraq da təsvir edir. Onun sözlərinə görə Ermənistan əhalisi buna görə də buradakı ermənilərə münasibətdə daha ehtiyatlı davranmalıdırlar.

Levon Ter-Petrosyanın bu gün eyni statusu xatırlatması əbəs deyil. Həqiqətən Ermənistanda yerli əhali arasında “Qarabağdan qurtulaq, Ermənistan xilas edək” formulu populyarlıq qazanmaqdadır. Azərbaycan torpaqlarının işğalında müstəsna rol oynayanlardan biri kimi bu şəxsin indi bu yazıları yazması ortalığı yenidən qarışdırmaq cəhdidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR