İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lazım olsa, Xankəndidə də bunu edəcəyik, hamısını...” – Fazil Mustafa

1368 29.03.2022 13:28 Gündəm A A

“Bu, əslində, elə Qərbin də, o cümlədən Rusiyanın da mövqeyində ən ifşa olunan tərəflərdən biridir”.
 
Bu sözləri Yenisabah.az açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədir Fazil Mustafa deyib.
 
BQP sədri Daşbaşı (Qarağlux) yüksəliyinin və Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsindən sonra Qərbin və Rusiyanın Azərbaycana yönəlik açıqlamalarını, habelə mövqelərimizin dislokasiya edilməsi prosesinin Qərb və Rusiya tərəfindən vəziyyətin gərginləşdirməsi aktı kimi qiymətləndirilməsi məsələsinə şərh verərkən deyib:
 
“Ona görə ki, bu, separatizm deyilən bir anlayışa olan münasibəti ortaya qoyur. Yəni ki, doğma separatizm və bir də yad spearatizm. Erməni separatizmi bunlar üçün doğmadır, Donetsk və Luqansk separatizmi isə yad. Belə şeymi olar? Belə bir məntiq ola bilərmi? 

Azərbaycana öz ərazisində hər hansı bir əməliyyat keçirməyə bu qədər irad bildirənlər bizə işarə vururlar ki, biz gedək Qafanda təpə tutaq. Biz Xocalıda təpəni götürüb zərərsizləşdirmişik ki, buradan zərbə Ağdama vurulmasın, təhlükəsizliyimizi qoruyaq. Lazım olsa, Xankəndidə də bunu edəcəyik. Hamısını etməliyik.

Söhbət ondan gedir ki, onlar bizə öz ərazimizdə hansısa bir hərəkət trayektoriyası barəsində ağıl öyrədirlər. Bu baxımdan, bunların birlikdə çıxış etməsi bizim üçün elə də böyük bir əhəmiyyət daşımır. Biz beynəlxalq hüquqa zidd hərəkət etməmişik. Öz ərazimizdə bir təpəni nəzarətə götürmüşük. Sonra?!”.
 
F. Mustafa əlavə edib: “Demək istədiyim odur ki, bu, əslində, onların özlərini ifşa etməsidir. Sabah bunlar bizə deyəndə ki, hansısa bölgədə separatizm, filan, beşməkan, biz onda deyəcəyik ki, siz axı Qarabağdakı separatizmi dəstəkləyirsiniz?! Biz sizin səmimiyyətinizə necə inanaq?! 

Fikir verirsinizsə, biz bu məsələlərdə BMT-də və yaxud başqa müstəvilərdə Qərbin və digərlərinin verdiyi təkliflərin çoxunda iştirak etmirik. Əslində, ona görə yox ki, bu, Rusiya və başqalarıyla əlaqəlidir, ona görə ki, standartlar bizim üçün aydın deyil.

Yaxşı, sən deyirsən ki, Rusiya Ukraynanı işğal edib. Sözsüz ki, biz də belə dedik. Bəs, yaxşı, niyə Ermənistan Azərbaycan ərazilərini işğal edib demirsən? İşğalın fərqi varmı sənin üçün? Deməli, fərqi var. Yəni, sən özün deyə bilərsən ki, get, istənilən ölkəni işğal et, bu, işğal sayılmayacaq, amma özün arzuladığın variantda kiminsə hərəkətini işğal adlandırırsan. Ona görə də, açığı deyim ki, bu məsələlər gülünc məsələlərdir və Azərbaycan buna baxmayaraq, öz ərazisində istənilən addımı ata bilər və buna da heç kimin bildirməsi üçün əsas yoxdur”.
 
“O ki qaldı sanksiyalara, Azərbaycana qarşı onsuz da bunlar etdiklərini ediblər. Məsələn, ABŞ “Dağlıq Qarabağ” adı ilə olan separatçı quruma dəstək verir. Bundan artıq nə etməlidir? Yaxud Ermənistan öz büdcəsindən Qarabağa büdcə ayırır.

Bizə hansı sanksiya tətbiq edəcəklər? Buyursunlar, neftimizi almasınlar, sonra özləri pis vəziyyətdə qalacaqlar. Onsuz da Rusiyadan neft ala bilmirlər. Bu xətti də kəssələr, sonra özləri nə edəcəklər? Azərbaycan başqa ölkənin ərazisinə keçməyib ki, Azərbaycana irad bildirələr. Azərbaycan sadəcə öz ölkəsinin ərazisində separatizmin genişlənməsinə imkan verməyib. Budur məsələnin mahiyyəti”, - deyə partiya rəhbəri fikirlərini yekunlaşdırıb.
 
Rafi MÜSLÜMOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR