İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov İlham Əliyevlə görüşdə rus dilinin tədrisindən danışdı

842 27.02.2023 23:08 Gündəm A A

“Sizinlə tamamilə razıyam ki, vətəndaşlarımızın səfərlərinin bərpa olunması göstəriciləri bu vəziyyəti, humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə çalışmağımızı bir daha vurğulayır”.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Rusiyanın XİN rəhbəri görüş zamanı Azərbaycanda rus dilinin dəstəklənməsinini yüksək qiymətləndirib:

“Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR