İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov "bomba"nı partlatdı: "Rusiya bazası Ermənistandan çıxmayacaq" - İrəvana təhdid!

3491 28.12.2023 11:32 Siyasət A A

Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə danışmaq zərərlidir.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a müsahibəsində deyib.

"Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün dövlətlərimizin ümumi məqsədinə əsaslanaraq bağlanıb. ”, - nazir qeyd edib.

Lavrov qeyd edib ki, bu gün Rusiya ordusu “bu regionda sülhün təmin edilməsində əsas elementdir”.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR