İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçınlı jurnalist: “Bu sevinci İrəvan xanının nəticəsi ilə yaşadım”

903 26.08.2022 18:38 Sosial A A

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı Laçın rayonunu 20 yaşında tərk edib və təhsil almaq üçün Bakıya gəlib.

Tanınmış jurnalist Musavat.com-a açıqlamasında bildirib ki, xəbəri Qarabağda səfər zamanı almaq onun üçün xüsusilə yaddaqalan oldu:

"Hazırda Qarabağdayam. Diasporla İş üzrə Dövlət Komitəsi İrəvan xanının nəticəsi Əmir Əli Sərdarinin ailə üzvləri ilə Qarabağa səfərini təşkil edib. Bu xəbəri Qarabağda səfər zamanı eşitmək xüsusilə əlamətdar oldu. Bu sevinci İrəvan xanının nəticəsi ilə birgə yaşadım. İkiqat sevinc hiss etdim. Əvəzsiz hisslərdir. Danışdıqca kövrəlirəm. Mən bu tviti o qədər gözləmişəm ki! Şəhidlərimizin ruhuna dualar oxuyuruq. Şuşaya çox getmişəm, həmişə də ağlaya-ağlaya getmişəm. Qəlbimin küncündə Laçınla bağlı arxayınlıq var idi. Qalib olmağın qürurunu bu gün bir daha yaşadım".

Nigar HƏSƏNLİ,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR