İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın postu kabusa çevrilir: separatçılar və havadarları təlaşda

1528 10.06.2023 10:07 Gündəm A A

Qarabağda gizlənən qanunsuz silahlı dəstələrin “kitabı” həmişəlik bağlanıb; erməni köçü separatçılardan çox rusları narahat edir - səbəb; birgə təxribat mümkünmü?

Azərbaycan aprelin 23-də Laçının Ermənistanla sərhəddəki girişində nəzarət-buraxılış postu qoymaqla separatçı tör-töküntülərin xariclə sonuncu əlaqəsini də bağlamış oldu. Əlbəttə ki, nəzarətin mülki əhaliyə heç bir əngəli yoxdur. Qarabağda gizlənən qanunsuz silahlı dəstələrin “kitabı” isə həmişəlik bağlanıb.

Daha bir səbəbə: Ermənistandan “Şeytan yuvası”na əvvəlki tək sərbəst şəkildə silah-sursat, mina daşınması, yaxud hərbçilərin rotasiyası artıq qeyri-mümkündür. Əsla təsadüfi deyil ki, Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb. “Yeni Müsavat”ın xəbərinə görə, bu haqda erməni mediası yazıb.

Lentsovun gəlişindən öncə Bakının Laçın postu ilə bağlı mühüm QƏRARI

Bildirilir ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, həmin şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib. “Belə görünür, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə “Hraparak” nəşri yazıb.

Qarabağ ermənilərini Laçın postundan istifadə etməməyə çağıran qəzet ardınca bildirir ki, Rusiya sülhməramlıları və Rusiya faktoru artıq Qarabağda hər hansı rol oynamağı tam dayandırıb. Nəşr qeyd edir ki, buranın erməniləri azərbaycanlılarla üzbəüz qalıb və onlar Ermənistan hakimiyyətindən də kömək gözləyə bilməzlər, çünki onların Qarabağla bağlı siyasəti artıq heç kim üçün sirr deyil.

Yaranmış durumdan Rusiya da xeyli narahat görünür. Hətta “sülhməramlılar”ın Xankəndini mühasirəyə aldığına dair məlumatlar yayılıb. Erməni mənbələr bildirir ki, onlar ermənilərin Qarabağdan çıxışına maneələr törədir. Bu məqsədlə Xankəndidən Ermənistana gedən yolda nəzarət gücləndirilib. Erməni ictimai xadim Mikael Ayrapetyanın sözlərinə görə, “Qarabağ məsələsi” Rusiyanın Cənubi Qafqazda mövcudluğunun əsas nöqtəsidir. “O səbəbə Rusiya problemin həllini istəmir. Rusiya Qarabağı mühasirədə saxlayır ki, erməni əhalisi getməsin”, - o qeyd edib.

Ermənilər Laçın postunda növbəyə durdular - VİDEO | KONKRET

Bildirilir ki, son 5 gündə 100-dən çox erməni Laçın postundan istifadə etməklə Ermənistana köçüb. Yaxın günlərdə köçənlərin sayının daha da çoxalacağı gözlənilir. Bir neçə gündə bu qədər adamın bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlıları hərəkətə keçib və ermənilərin çıxışına problemlər yaradılır. “Past” qəzeti isə yazıb: “Bizdə olan məlumatlara görə, Arayik Arutyunyan (separatçıbaşı - red.) bütün maşınların Azərbaycanın Laçında qurduğu sərhəd məntəqəsindən keçməsini istəyib. O, buna görə Rusiya tərəfi ilə razılaşma olduğunu söyləyib. Gələn informasiyalara əsasən, Arutyunyan bu günlərdə Qarabağ erməniləri ilə intensiv görüşlər keçirir və vəziyyəti izah etməyə və əsaslandırmağa çalışır. Bu görüşlərdə ona bəzi iradlar səslənib. Arutyunyana ”Qarabağın qalan hissəsinin Azərbaycana təslim edilməyəcəyi" barədə sözləri də xatırladılıb. O isə belə cavab verib ki, Nikol hər şeyi satıb, mən nə edə bilərəm..."

Beləcə, Laçın postu həm separatçılar və Qarabağdakı qanunsuz silahlı dəstələr, həm də onların əsas havadarı olan Rusiya hərbi kontingenti üçün kabusa çevrilməkdədir. Bəs bu fonda onların Azərbaycana qarşı hansısa birgə təxribatı mümkündürmü? Başqa bir məqam: ermənilər Laçın postdan hansı pasportlarla keçirlər?

Professor: “Qarabağda qısamüddətli hərbi əməliyyata ehtiyac var” »  Reyting.az

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, separatçılar və rus hərbçiləri vurnuxmaqdadırlar. Onun sözlərinə görə, tərəflər tez-tez məsləhətləşirlər. “Xüsusən də separatçı qruplar arasında dərin fikir ayrılığı var. Çünki Xankəndidən köç başlayıb. Bunun qarşısını almaq üçün rus hərbçiləri Xankəndi ətrafında mühasirə halqası yaradıblar. Hətta bu haqda separatçı rejimə məlumat verirlər. Bununla ermənilərin köçünü dayandırmağa çalışırlar. Görünür ki, erməni köçündən separatçılardan çox ruslar narahatdırlar. Təbii ki, Rusiya onları son istinad nöqtəsi kimi başa düşür. Nə qədər ki, separatizm var, onlar yalandan da olsa Azərbaycana qarşı mübarizə aparacaqları barədə bəyanatlar verirlər, bu, rus hərbi kontingentinin bölgədə qalması üçün mühüm rol oynamaqdadır”, - deyə Q.Hüseynli vurğuladı.

Professor digər tərəfdən, separatçı qüvvələrin ümidsiz vəziyyətdə olduğunu hesab edir: “Hətta Araik əhalidən çoxsaylı müraciətlər alır və vəziyyətdən necə çıxacağı haqda ona sorğular göndərilir. Amma Araik yalan satmaqdan başqa yol qalmadığını tərəfdarlarına etiraf edib. Bu barədə ”Hraparak" qəzetində də geniş məqalə yazılıb. Orada deyilir ki, son zamanlar əhali arasında Azərbaycanla danışıqların təzələnməsinin zəruriliyi haqda fikirlər səslənir. Araik də bu mövqeyə yaxın rəylər bildirməyə başlayıb. Erməni nəşrinin yazdığına görə, Araik yaxın günlərdə Bakı ilə danışıqların anonsunu verərsə, buna təəccüblənməmək lazım gələcək.

Belə görünür ki, separatçı rejimdə aqoniya prosesi başlayıb və onlar çıxış yollarını müzakirə edərkən Bakı ilə danışıqlara daha çox meylləndiklərini büruzə verirlər. Bu da əsas etibarı ilə Azərbaycanın bölgəyə hansı status verə biləcəyi haqda fikirlər ətrafında gedir. Hər halda belə güman etmək olar ki, separatçı rejimin əvvəl səsləndirdiyi hərbə-zorba, silahoynatma günləri geridə qalır və Bakı ilə sövdələşməyə hazırlaşırlar".

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Siyasi təhlilçi Asif Nərimanlının fikrincə, söhbət Qarabağdan getməkdən yox, köçməkdən gedir: “Bu, gedənlərin birtərəfli marşrut seçdiyi deməkdir. Lakin qayıdanlarla bağlı deyilənlərin separatçıların təbliğatı olduğu da şübhəsizdir. Gedən ermənilərin görüntüləri var, amma qayıdanların yox. Ermənilər mövcud vəziyyətdə Qarabağda qalmaq istəmədiklərini, Laçın postundan keçid şəraiti yaranan kimi bölgəni tərk edəcəklərini əvvəldən deyirdilər. İndiyə qədər onların Laçın postundan keçidinə separatçılar imkan vermirdi və hesab edirdilər ki, postun ləğv edilməsinə nail olacaqlar. Lakin Nikolun ”Qarabağ Azərbaycandır" bəyanatı, Əliyevin separatçılar üçün “amnistiya çağırışı” və beynəlxalq müstəvidə bunun dəstəklənməsindən sonra getmək istəyənlərə şərait yaradılır. Erməni mediası bunu Xankəndidəki separatçıların mövcud vəziyyətlə barışması ilə əlaqələndirir, qarşıdakı dövrdə gedənlərin daha çox olacağını yazır. Görüntülərdəki ermənilərin hazırlıq əhval-ruhiyyəsi də real vəziyyəti özündə əks etdirir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR