İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuzey Kıbrıs Türk Dövlətinin 40-cı ili QUTLANACAQ  

676 13.11.2023 12:44 Siyasət A A

 

 

Noyabrın 15-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ( Kıbrıs Türk Dövləti- KTD) müstəqillik günüdür. Bu il KTD-nin elan olunmasının 40-cı il dönümü qeyd olunur.

Musavat.com bildirir ki, 1974-cü ilin yayında Türkiyə Silahlı Qüvvələri Kiprdə sülhməramlı əməliyyat keçirib. Əməliyyat Türkiyənin dövrün baş naziri Bülənt Ecevit və baş nazirin müavini Necmettin Erbakanın şəxsi göstərişi ilə Kiprdə etnik türklərə qarşı zorakılıq və təzyiqlərə cavab olaraq başlayıb. Türkiyə hərbçilərinin əməliyyatları Kiprdə axan qanı dayandırıb və adaya sülh gətirib. 1975-ci il fevralın 13-də Kipr Türk federal dövləti yaradılıb.

1660372656_5a419118-9a80-3006-87e0-f7eacedb1638_850.jpg (64 KB)

1983-cü il noyabrın 15-də Kipr Türk Federal Dövlətinin Qanunvericilik Məclisi Şimali Kipr Türk Cümhuriyyətini elan edib.

7 may 1985-ci il konstitusiyasına görə, ölkədə idarəetmə forması yarı prezidentdir. Prezident ümumxalq səsverməsi ilə 5 il müddətinə seçilir. Birpalatalı parlament proporsional əsasda 5 il müddətinə seçilən 50 üzvdən ibarətdir.

Kipr məsələsi ilə bağlı danışıqlar 1968-ci il iyunun 3-dən davam edir və yunan tərəfinin destruktiv mövqeyi ucbatından irəliləyiş olmadığı üçün dəfələrlə yarımçıq qalıb.

a4dfaf31489e8c7eb7e57fc6caec8159.jpeg (96 KB)

Ötən ay tarixdə ilk dəfə olaraq Kuzey Kıbrıs Türk dövlətinin rəhbər heyətinin, prezident Ersin Tatar başda olmaqla Azərbaycana səfəri baş tutdu. Səfər çərçivəsində Prezident İlham Əliyev (14 oktyabr) Ersin Tatarı qəbul etdi.

WhatsApp Image 2023-11-13 at 13.59.39.jpeg (223 KB)

 Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edildi.

WhatsApp Image 2023-11-13 at 13.53.38.jpeg (179 KB)

        KTD-nin  Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer

Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan Prezidenti Türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacağını qeyd etdi.

Məlumat üçün onu da bildirək ki, bu gün Bakıda KTD-nin müstəqilliyinin ildönümü ilə bağlı tədbir keçiriləcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR