İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kuruluş Osman”da Şuşa mesajı: "Bu vətən ya bizimdir, ya da heç kəsin" - Video

1393 20.05.2022 10:35 Mədəniyyət A A

Məşhur Türkiyə serialı “Kuruluş Osman”da maraqlı Şuşa mesajı verilib.

Musavat.com bildirir ki, filmin "İnəgölün fəthi" adlandırılan 94-cü bölümündə Osman bəy xalqa müraciətində deyib: “İnəgöl artıq bizimdir. Amma şərqdəki Şuşa da bizimdir”.

Daha sonra Osman bəy azərbaycanlı Gəncəbəyə üzünü tutaraq deyib:

“Yanına yetərincə döyüşçü alıb, orada bəyliyini qur".

Gəncəbəy isə cavabında deyib: "Bu vətən ya bizimdir, ya da heç kəsin".

Xatırladaq ki, “Kuruluş Osman”da Gəncəbəy obrazını Azərbaycanın tanınmış idmançısı Zabit Səmədov canlandırır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR