İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kurtlar Vadisi"nin Zülfikar Ağası yenidən Bakıda–Foto, video

910 15.04.2026 12:09 Mədəniyyət A A

 

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının aktyoru, Zülfikar Ağa rolu ilə tanınan Halil İbrahim Kalaycıoğlu yenidən Bakıya gəlib.

Musavat.com bildirir ki, aktyor bu dəfə Bakıya yeni çəkildiyi "Öteki yüz" filminin qala gecəsində iştirak etmək üçün səfər edib. Sənətçi sözügedən ekran işində Kartal obrazını canlandırır.

Halil İbrahim Kalaycıoğlu Bakıya hər səfərinin onun üçün çox önəmli olduğunu xüsusi vurğulayıb. Aktyor paytaxtımıza olan sevgisini və Azərbaycanla qurduğu mənəvi bağları səmimi sözlərlə ifadə edib:“Hər kəs bilir ki, Azərbaycan artıq mənim ikinci vətənim olub. Dəfələrlə Bakıya gəlmişəm və bu müddət ərzində burada çox gözəl dostluqlar qurmuşuq, çox dəyərli insanlarla tanış olmuşam. Azərbaycan tamaşaçısının sevgisini hər zaman hiss edirəm və bu, mənim üçün böyük qürur mənbəyidir.



Yeni filmin ərsəyə gəlməsində iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu layihə bizim üçün çox önəmlidir və inanıram ki, tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanacaq. Ümid edirəm ki, bundan sonra da Azərbaycanda birlikdə daha böyük, daha uğurlu və yadda qalan layihələr həyata keçirəcəyik”.

Qeyd edək ki, filmdə azərbaycanlı aktyor Şahin Cavadov da rol alıb.

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR