İnsanlara hürriyət, millətlərə istiqlal!

Kurortda yoxa çıxan məşhur teleaparıcının cəsədi tapılıb

808 10.06.2024 12:56 Dünya A A

Bu yaxınlarda itkin düşmüş məşhur britaniyalı teleaparıcı Maykl Moslinin cəsədi Yunanıstan adalarından birində, Simi kurortunun yaxınlığında tapılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, doktor Kler Beyli ərinin öldüyünü təsdiqləyib.

Kler Beyli və dörd övladı Moslidən yaxşı xəbər gözləyirmişlər.

“The Guardian” xatırladır ki, 67 yaşlı Mosli çərşənbə günü ada ətrafında gəzdikdən sonra yoxa çıxıb və beş günlük gərgin axtarışlara səbəb olub.

Kler Beyli pis xəbərlə bağlı açıqlamasında deyib: “Mənim gözəl, gülməli, mehriban və gözəl ərim Mayklı itirmək çox dəhşətlidir. Biz bir-birimizi çox sevirdik və birlikdə çox xoşbəxt idik”.

Mosli ilə tibb fakültəsində tanış olan Beyli deyib ki, elmi nəzəriyyələri dəfələrlə öz bədənində sınaqdan keçirən Mosli təşəbbüskar insan idi və bu, onun xoşbəxtliyinin bir hissəsini təşkil edirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR