İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə qızılcaya yoluxan şagirdlərin son vəziyyəti AÇIQLANDI

470 27.11.2023 13:57 Gündəm A A

Kürdəmir rayon 1 saylı tam orta məktəbin şagirdləri 9 nəfər olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 5-i qızı, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, "Qızılca" xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır, digər yoluxan şagirdlərin isə ambulator (ev şəraitində) müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir. Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə sözügedən məsələ ilə bağlı müvafiq tapşırıqlar verilmiş, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi və eyni zamanda "Qızılca" virusu xəstəliyi əleyhinə peyvənd olunmaları tövsiyə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR