İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə furqon “KamAz”la toqquşub, ölənlər var FOTO

681 30.07.2023 03:05 Hadisə A A

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, içərisi meyvə ilə dolu olan “Ford” markalı furqonun sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət eden KAMAZ markalı yük maşınına çırpılıb.

Nəticədə furqonun sürücüsü və sərnişini olay yerində ölüblər. Həlak olanlar sürücü 21 yaşlı Qarayev Anar Seyfullah oğlu və 62 yaşlı Balakən rayon sakini Hacıyev Eldar Müslüm oğludur.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR