İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçənin ortasında silahla hücuma məruz qalan MHP üzvü həyatını itiridi - VİDEO

1018 01.10.2022 13:38 Hadisə A A

İstanbulda silahlı hücuma məruz qalan MHP üzvü Erkan Hançer müalicə aldığı xəstəxanada həyatını itirib.

Musavat.com xəbər verir ki, Erkan Hançer ötən çərşənbə axşamı səhər saatlarında Sancaktepedə baş verən hadisədə bazardan çıxarkən silahlı hücuma məruz qalıb və müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Silahlı hücumun təhlükəsizlik kamerası görüntülərində Erkan Hançerin bazardan çıxaraq maşınına tərəf gedərkən orada gözləyən bir şəxsin əlindəki silahı çıxararaq atəş açdığı görünür. Yaxın məsafədən başına dəyən güllə nəticəsində vəziyyəti ağır olan Erkan Hançeri bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Musavat.com

sokak-ortasinda-silahli-saldiriya-ugrayan-mhp-li-15324611_6028_o.jpg (46 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR