İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçələrdə gecələyən qadın xalq artistinin nəvəsidir? - VİDEO

1671 13.04.2024 16:25 Ölkə A A

İki ildir küçələrdə gecələyən Bakı sakini Dürnisə Abdullayeva mərhum xalq artistinin nəvəsi olduğunu iddia edir.

D.Abdullayeva 14 yaşında ailəsi tərəfindən məcbur evləndirildiyini deyib:

"Ailəm məni məcbur evləndirdi. Məni bədbəxt bir insan etdilər. Toy gecəsi gəlinlik paltarında evdən qaçdım. Səhər-axşam, gecə-gündüz acqarına, susuz qalıram. Camaatın aldığı nemətləri yeyib dolanıram".

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) müayinəsindən sonra sözügedən qadının sağlıq durumunun normal olduğu bildirilib. Sığınacağa yerləşdirilməsi üçün Sosial Xİdmətlər Agentliyinə müraciət olunsa da, spirtli içki qəbul etdiyinə görə bu mümkün olmayıb.

Qeyd edək ki, həmin qadının nəvəsi olduğunu iddia etdiyi mərhum xalq artistinin adı açıqlanmayıb.

olay

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR