İnsanlara hürriyət, millətlərə istiqlal!

Soruşsalar, Aİ-ni seçəcəklər – Ermənistanda referendum istəmirlər

366 28.07.2026 13:20 Dünya A A

Ermənistanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüklə bağlı referendum keçirilməsi ətrafında müzakirələr davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “İslahatçılar” Partiyasının sədri Vaan Babayan belə bir referenduma ehtiyac olmadığını bildirib.

Onun sözlərinə görə, Ermənistan Aİİ-yə daxil olarkən referendum keçirməyib və buna görə təşkilatdan çıxmaq məsələsində də ümumxalq səsverməsinə ehtiyac yoxdur.

Babayanın daha maraqlı açıqlaması isə mümkün referendumun nəticəsi ilə bağlı olub. O hesab edir ki, məsələ xalqın səsverməsinə çıxarılsa, əksəriyyət Aİİ-dən çıxaraq Avropa İttifaqına üzvlüyə üstünlük verəcək. Bununla belə, siyasətçi qərarın hökumət tərəfindən mümkün risklər və iqtisadi nəticələr hesablandıqdan sonra qəbul edilməli olduğunu deyib.

Babayan, həmçinin, əsas suallardan birinin açıq qaldığını vurğulayıb: “Əgər bir yerdən çıxırıqsa, əvvəlcə digər yerə bizi qəbul edib-etməyəcəklərini anlamaq lazımdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR