Malayziyada hava limanında iki turist bir-birindən bir neçə saat fərqlə yıxılıb və sağ qalmayıblar.
Musavat.com “The Sun” qəzetinə istinadla xəbər verir ki, faciəvi insidentlər Kuala-Lumpur hava limanında baş verib.
Bildirilir ki, iki hadisənin bir-biri ilə əlaqəsi yoxdur. Əvvəlcə 27 yaşlı çinli qadın qorxmuş sərnişinlərin gözü qarşısında uzun müddət balkonda ağlayaraq və qışqıraraq oturub. Hava limanının təhlükəsizlik işçisi ona yaxınlaşmağa çalışanda qadın baqaj yükləmə zonasına yıxılıb. O, xəstəxanaya aparılıb və tezliklə orada öldüyü bildirilib.
Bir neçə saat sonra 30 yaşlı əlcəzairli kişi eyni hava limanının 2-ci terminalındakı balkondan yıxılıb. Hadisənin şahidi kişinin yıxılmazdan əvvəl çantasını açdığını görüb. O, xəstəxanaya yerləşdirilib, lakin bir neçə saat sonra məlum olub ki, o da yıxılma zamanı aldığı xəsarətlərdən sağ çıxmayıb.
Baş verən hadisələr qəsd və ya suisid olmasa da, aydın olur ki, Kuala-Lumpur aeroportunda sərnişinlərin təhlükəsizliyi yetərincə təmin edilmir.
Musavat.com






