İnsanlara hürriyət, millətlərə istiqlal!

KRİTİK GƏLİŞMƏ: 20 min NATO əsgəri bu ölkə ilə sərhəddə yeridildi

1524 01.07.2024 08:37 Dünya A A

"NATO-nun taktiki qrupundan ibarət 10 batalyon Belarusla sərhəddə cəmləşib".

Bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko deyib.

"Bu qüvvələrin ümumi sayı 20 min əsgərə çatır, onlardan 6 mini Amerika hərbçiləridir. Qoşunların bu cür cəmləşməsi Belarusda ciddi narahatlıq və gərginlik yaradır", - Muraveyko ONT telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Belarus ordusu NATO bölmələrinin hərəkətlərini diqqətlə izləyir, onların taktika və döyüş üsullarını öyrənir:

"Respublika həm də Rusiya ilə müttəfiqlik münasibətlərinə arxalanaraq müdafiə qabiliyyətini gücləndirir. Bu əlaqələrin tərkib hissəsi kimi Belarus ərazisində Rusiyanın taktiki nüvə silahları yerləşdirilib.

Belarus ordusu müvafiq təlim keçib və ölkənin suverenliyinə təhlükə yaranarsa, bundan istifadə etməyə hazırdır. Belarus da hər bir ölkə kimi regionda sabitlik və təhlükəsizlikdə maraqlıdır. Bununla belə, mövcud geosiyasi vəziyyəti və NATO-nun hərəkətlərini nəzərə alaraq, respublika öz təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsini zəruri hesab edir".//Publika.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR