İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin baş ideoloqundan ŞOK ÇAĞIRIŞ: "Rusiyaya xidmət etmək üçün isti suyu kəsin"

817 08.06.2026 14:17 Dünya A A

Kremlin əsas ideoloqlarından biri kimi tanınan rusiyalı ultra-millətçi filosof Aleksandr Duqin Rusiya cəmiyyətində böyük rezonans və çaşqınlıq doğuran növbəti sensasion bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, filosof öz rəsmi açıqlamasında Rusiya hakimiyyətini ölkə vətəndaşlarının evlərinə verilən isti su təchizatını tamamilə dayandırmağa çağırıb. Duqin iddia edir ki, isti suyun kəsilməsi "rus sivilizasiyasının xilası" üçün mühüm şərtdir.

Duqinin sözlərinə görə, müasir məişət rahatlığı, xüsusilə evlərdə isti suya daimi və fasiləsiz çıxışın olması insanı tənbəlləşdirir və onu mənəvi cəhətdən "primata" (meymuna) çevirir. Kremlin ideoloqu Rusiyada hər il həyata keçirilən planlı yay kəsintilərini yüksək qiymətləndirərək bildirib ki, isti suyun vaxtaşırı kəsilməsi insanlara dərindən düşünməyə kömək edir və daxildəki "meymun üzərində qələbə çalmağı" təmin edir.

Filosof rus xalqının mənəvi inkişafı üçün çətinliklərin vacibliyini vurğulayaraq daha da irili-xırdalı qəribə fikirlər səsləndirib. Duqin hesab edir ki, su kəsildiyi zaman insanların suyu qazanlarda və ya elektrik qızdırıcıları (kipyatilnik) vasitəsilə qızdırmağa məcbur olması belə, insan iradəsinin, intellektual fəaliyyətinin və yaradıcı təfəkkürünün birbaşa təzahürüdür. Sosial şəbəkələrdə geniş müzakirə olunan bu bəyanat Rusiya ictimaiyyəti tərəfindən kəskin tənqid və istehza ilə qarşılanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR