İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kremlə və ətraf ərazilərə edilən dron hücumları əslində buna cavabdır" -Politoloq

496 04.05.2023 18:18 Siyasət A A


"İki gündür Kremlə və ya ətraf ərazilərə edilən dron hücümları aprelin 20-sində aparılan həbslərə cavab və bu qüvvənin dirənişidir".

Musavat.com bildirir ki, bu sözləri politoloq Yeganə Hacıyeva Kremlə  dron hücumlarını şərh edərkən deyib. Politoloqun sözlərinə görə dron hücumu Rusiya hakimiyyətində daxili qrupların hesablaşmasıdır:

"Kremlə gecə, qeyri iş saatlarında hücum Putinin fiziki deyil, siyasi likvidasiyasına hesablanmış addımdır. Ukraynanın bunu etməsi ona görə mümkün deyil ki, torpaqlarını əks hücumla  hissə-hissə azad edir. İndi onun özünü “Kremlə hücum edib” kimi bataqlığa soxmasına nə ehtiyacı var?

Bunu Rusiya iqtidari - Putin özü edib yanaşmasını irəli sürənlər isə ümumiyyətlə, Rusiya hakimiyyətinin təbiətinə bələd deyillər. Çünki bununla Kremlin toxunulmazlığı mifi sındırılıb, bu isə onsuz da siyasi komada olan iqtidar üçün ölüm deməkdir.

Kremlə hücum etməklə daxildəki qrup Rusiya cəmiyyətinə “hakimiyyət dövləti Kremlə hücum edəcək qədər zəiflədib və təhlükə qarşısında qoyub” mesajını verir.
Rusiya post Putin dövründədir".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR