İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlə HÜCUMun arxasındakı QÜVVƏLƏR bəlli oldu – Üzeyir Cəfərovla CANLI DEBAT

2074 04.05.2023 11:24 Siyasət A A

"Kremlə hücum çox güman ki, daxildən hazırlanmış plandır". Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, Rusiya bu hücumu müharibəni Rusiyanın daxili auditoriyasına çatdırmaq və daha geniş ictimai səfərbərliyə şərait yaratmaq üçün həyata keçirib. Qeyd edilib ki, bu yaxınlarda Rusiya hakimiyyəti ölkənin hava hücumundan müdafiə məkanlarını gücləndirib:

"Bu baxımdan 2 PUA-nın hava hücumundan müdafiə sisteminin bir neçə qatına nüfuz etməsi ehtimalı azdır. Kremlin hadisəyə dərhal, ardıcıl və koordinasiyalı reaksiyası da onu göstərir ki, bu, əvvəlcədən hazırlanmış ssenaridir. Əgər dron hücumu hazırlanmış ssenari olmasa idi, sürpriz olacaqdı. Nəticədə Rusiyanın rəsmi reaksiyası da bu qədər mütəşəkkil olmazdı".
Qərb analitiklərinin fikrincə, Kreml mayın 9-da SSRİ-nin faşizm üzərində Qələbə Gününü qeyd etməmək və ya lokal miqyasda keçirmək istəyir. Bu səbəbdən, daxili auditoriyanın indidən buna hazırlanmasına başlanıldığı ehtimal edilir.
Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin mətbuat xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini bildirib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspsert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR