İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Paşinyanın “Qərbi Azərbaycan”la bağlı narahatlığına REAKSİYA

6231 20.11.2023 14:41 Siyasət A A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş nazirinin bəyanatından xəbərsizdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə Paşinyanın Cənubi Qafqaz regionunda yeni eskalasiya təhlükəsi barədə sözlərini şərh edərkən deyib.

“Təəssüf ki, bu barədə heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində belə bəyanatları ilə tanış deyiləm. Biz Azərbaycan rəhbərliyindən yalnız bir mərhələnin başa çatması və sülh müqaviləsi ilə bağlı bəyanatlar eşitmişik. Buna görə də Paşinyanın bəyanatı barədə konkret heç nə deyə bilmərəm”, - deyə Peskov bildirib.

Xatırladaq ki, noyabrın 18-də Nikol Paşinyan ATƏT PA-nın iclasındakı çıxışında rəsmi Bakının “Qərbi Azərbaycan”la bağlı bəyanatlarının sülh prosesinə əsas maneə olduğunu bildirib. O vurğulayıb ki, İrəvanda bunu regionda yeni hərbi təcavüzə hazırlıq kimi qiymətləndirirlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR