İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Paşinyana TƏCİLİ xəbərdarlıq: Biz sənin məqsədinin nə olduğunu... - CANLI

1059 11.09.2023 14:50 Son xəbər A A

ABŞ-Ermənistan təlimləri dərin təhlil tələb edir. Musavat.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik və biz bunu onunla dialoqda edəcəyik", deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb. Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, Moskva İrəvanın yaxın tərəfdaşı olub və olacaq, problemlər ola bilər, lakin onlar dialoq çərçivəsində həll edilməlidir. Peskov Ermənistanın KTMT-dən çıxması ilə bağlı hələlik heç bir siqnalın olmadığını da söyləyib.

Xankəndidəki separatçı rejimin “qondarma” seçkiləri heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda, bütün beynəlxalq mərkəzlər bu “seçkini” pisləyən bəyanatlar verdilər. Lakin separatçıları narahat edən əsas məsələ rəsmi İrəvanın mövqeyidir.

Qondarma “seçki”də separatçıların yeni “başçısı” seçilən Samvel Şahramanyanı Ermənistan rəsmiləri “təbrik” etməyib: nə baş nazir Nikol Paşinyan, nə parlament sədri Alen Simonyan, nə də hər hansı səviyyədəki bir rəsmi şəxs nəinki təbrik ünvanlamayıb, ümumiyyətlə “seçkilərlə” bağlı mövqe açıqlamayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə aparır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR