İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən kritik Priqojin AÇIQLAMASI: “Biz onun hərəkətlərini... “ – Kamran Həsənli ilə CANLIda

438 06.07.2023 15:49 Gündəm A A

"Vaqner”in təsisçisi Yevgeni Priqojinin harada olması barədə Kremlin məlumatı yoxdur.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, biz onun hərəkətlərini izləmirik. Bizim bunu etməyə nə imkanımız, nə də istəyimiz var”, - o bildirib.
Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus rəhbəri Aleksandr Lukaşenko arasında görüş, lazım gələrsə, baş tutacaq. Lakin hələlik dəqiq tarix yoxdur. Qeyd edək ki, Belarus Prezidenti Lukaşenko Priqojinin Sankt-Peterburqda olduğunu bildirmişdi.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə Kamranla1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR